Mədəniyyət 207
2012-2013-
cü illərdə Heydər Əliyev
Fondunun, “İçərişəhər” Dövlət Tarix-Me-
marlıq Qoruğu İdarəsinin və “Təmiz
Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə
Qala Dövlət Tarix Etnoqrafiya Qoruğun-
da “Tullantıdan sənətə” adlı beynəlxalq
sərgi keçirilmişdir. Sərginin əsas məqsə-
di insanları israfçılıqdan yayındırmaq və
onların malik olduğu əşyaları düşünmə-
dən zibil qutularına atmaq vərdişindən
çəkindirməkdir. Sərgidə məişət tullantı-
larından hazırlanmış müxtəlif sənət nü-
munələri nümayiş etdirilmişdir.