Mədəniyyət
226
2010-
cu ilin noyabr ayında Heydər
Əliyev Fondu, Azərbaycan Respublika-
sının Böyük Britaniyadakı Səfirliyi və
Baku” jurnalının birgə təşkilatçılığı ilə
Londonda
Azərbaycan xalçaları ilə
nağıllar aləminə” adlı sərgi
keçiril-
mişdir. Sərgidə coğrafi mövqeyinə, naxış
kompozisiyasına, rəng həlli və texniki
xüsusiyyətlərinə görə Azərbaycan xal-
çaçılıq məktəbinin bütün istiqamətləri
təmsil olunmuşdur. Tədbirdə qonaqlara
Azərbaycan milli mətbəxi təqdim edil-
mişdir. Sərgi çərçivəsində Heydər Əliyev
Fondu tərəfindən hazırlanmış “Azərbay-
can” nəşrinin ingilis dilində təqdimatı
olmuşdur.