Mədəniyyət
228
2011-
ci ilin fevralında
Parisdə Azərbaycan Respublikasının dövlət müstəqil-
liyinin bərpa edilməsinin 20-ci ildönümünə və “Azərbaycan” kitabının fran-
sız dilində təqdimatına həsr olunmuş mərasim
keçirilmişdir. Fondun prezidenti
Mehriban Əliyeva və Fransa hökuməti üzvlərinin iştirakı ilə keçən tədbir çərçivəsində
Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər. Misgərlik
əşyalarından və Qarabağ xalçaçılıq məktəbinin gözəl nümunələrindən ibarət sərgi
ilə yanaşı qonaqlara Azərbaycan milli mətbəxinin yeməkləri də təqdim olunmuşdur.