Mədəniyyət
244
2012-
ci ilin yanvarında Londonda Heydər Əliyev Fondunun və “Baku” jurnalının
ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə
“
Bakıya uçuş. Müasir Azərbay-
can incəsənəti” mövzusunda sərgi
nin açılışı olmuşdur. Sərgidə 21 müəllifin bo-
yakarlıq, qrafika, heykəltəraşlıq, foto, video janrlarında bir-birindən maraqlı əsərləri
təqdim edilmişdir. “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi 2012-ci ilin
aprelində Parisdə, noyabrında Berlində, 2013-cü ilin fevralında Moskvada, martında
Romada, mayında Vyanada, bağlanış mərasimi isə 2013-cü ilin dekabrında Bakıda
keçirilmişdir.