Mədəniyyət
260
2012-
ci ilin oktyabrından 2013-cü ilin iyulunadək
Fransanın müxtəlif regionla-
rında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çər-
çivəsində sərgi və konsertlər
keçirilmişdir. Sərgilərdə ölkəmizin qədim və zəngin
tarixinə, mədəniyyətinə dair eksponatlar – xalça və xalça məmulatları, misgərlik nü-
munələri, şəbəkələr, Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Heydər Əliyev
Fondu tərəfindən fransız dilində nəşr olunmuş ədəbiyyat toplusu nümayiş etdiril-
mişdir.