Mədəniyyət
264
Azərbaycan Respublikasının xarici
dövlətlərlə diplomatik münasibətlərinin
qurulmasının 20-ci ildönümü ilə əlaqə-
dar 2012-ci ildə Heydər Əliyev Fondu
silsilə tədbirlər keçirmişdir.
İlk tədbir oktyabr ayında Azərbaycan
və Fransa arasında diplomatik əlaqələ-
rin qurulması münasibətilə Parisdə ke-
çirilmişdir. Fransanın dövlət və hökumət
rəsmilərinin, tanınmış ictimai-siyasi və
mədəniyyət xadimlərinin iştirak etdiyi
tədbirdə Üzeyir Hacıbəyli adına Azər-
baycan Dövlət Simfonik Orkestri və Fran-
sanın Kolonn Orkestri konsert proqramı
ilə çıxış etmişlər.