Mədəniyyət
266
2012-
ci ilin noyabrın 14-dən dekabrın 5-dək
Azərbaycanla Vatikan arasında
diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Vati-
kanda “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi
keçirilmişdir.
Sərgidə ilk insan məskənlərindən biri – Azərbaycanın ərazisində tapılan arxeolo-
ji materiallar, xalqımızın mədəniyyətini və həyat tərzini əks etdirən eksponatlar,
müxtəlif sənətkarlıq nümunələri – silahlar, zinət əşyaları və qədim misgərlik məmu-
latları, musiqi alətləri, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, qədim
əlyazmalar, müxtəlif dinlərə aid müqəddəs kitablar nümayiş olunmuşdur.