Elm və təhsil
25
Uşaq evləri və internat məktəblərin-
də tərbiyə alan yeniyetmələrə vətənpər-
vərlik hissinin aşılanması, onların isti-
rahətinin və asudə vaxtlarının səmərəli
təşkili məqsədi ilə Heydər Əliyev Fondu
ardıcıl olaraq kütləvi tədbirlər, festival-
lar, müsabiqələr keçirir, müəssisələrdəki
özfəaliyyət kollektivlərinə, musiqi, rəqs,
xalçaçılıq, rəssamlıq dərnəklərinə lazım
olan köməyi göstərir. Fəaliyyət göstər-
diyi dövr ərzində Fondun himayə etdiyi
bütün uşaq müəssisələrinin dərnəkləri
yeni musiqi alətləri ilə zənginləşdirilmiş,
rəqs kollektivləri zəruri vəsaitlərlə təmin
edilmişdir.