Mədəniyyət 273
2013-
cü ilin iyulunda Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı Səfirliyi-
nin təşkilatçılığı ilə
Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri
təşkil olunmuşdur. Layihə çərçivəsində “Qız qalası” Dördüncü Beynəlxalq İncəsənət
Festivalı, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisi, Azərbay-
cana həsr olunmuş fotosərgi, caz və klassik musiqi gecələri, “Arşın mal alan” filminin
fransız dilində təqdimatı keçirilmişdir.
İyulun 4-də hər il Kann şəhərində keçirilən Beynəlxalq Pirotexnika Festivalının
rəsmi açılışı olmuşdur. 1967-ci ildən keçirilən festivalda möhtəşəm atəşfəşanlıq
rənglər və musiqinin vəhdətində təqdim edilir. Budəfəki festivalın rəsmi açılışını
ölkəmiz “Azərbaycan musiqi və rənglərdə” (Azerbaijan in music and colors) şousu
ilə təqdim etmişdir.
Mədəniyyət günləri iyulun 7-də Kannın La Kruazet bulvarında təşkil olunmuş kon-
sertlə başa çatmışdır.