Mədəniyyət 285
2013-
cü ilin noyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fran-
sadakı Səfirliyinin dəstəyi ilə
Parisdə və Strasburqda dahi Azərbaycan şairi Ni-
zami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgi və konsertlər
təşkil
olunmuşdur. Sərgilərdə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar, orta əsrlərdə
Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks
olunduğu çini qablar və “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən
xalça və batiklər, XIX əsrin sonu - XX əsrin əvvəlində Gəncədə çəkilmiş fotoşəkillər,
mütəfəkkir şairin Gəncədəki məqbərəsinin maketi, Bakı, Sankt-Peterburq, Moskva,
Roma, Çeboksarı və Pekində ucaldılmış abidələrinin fotoları nümayiş etdirilmişdir.