Elm və təhsil
27
Uşaqların dünyagörüşünün geniş-
ləndirilməsi məqsədi ilə onların mütə-
madi olaraq beynəlxalq müsabiqələrdə
iştirakı təmin edilir, həmçinin tətillərinin
səmərəli keçməsi üçün xarici ölkələrə
səfərləri təşkil olunur.
Heydər Əliyev Fondu digər ölkələ-
rin analoji müəssisələrində tərbiyə alan
uşaqların da Azərbaycana gəlməsi və
ölkəmizlə tanış olması üçün şərait yara-
dır. Fond tərəfindən bir neçə xarici ölkə
ilə uşaq evləri və internat məktəblərində
tərbiyə alan uşaqların mübadiləsi həyata
keçirilmişdir.