Mədəniyyət
288
2013-
cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Almaniyada-
kı Səfirliyinin dəstəyi ilə reallaşan
Azərbaycanı tanıdım” layihəsi çərçivəsində
Almaniyada Azərbaycan mədəniyyəti günləri
keçirilmişdir. Münhendə başlamış
ilk tədbirdə “Azərbaycan” fotosərgisi nümayiş etdirilmiş, qonaqlara Heydər Əliyev
Fondunun Azərbaycana aid alman dilində nəşr etdiyi kitablar və Azərbaycan musiqi-
sindən ibarət kompakt disklər paylanılmışdır.
Tədbirlər silsiləsi noyabr-dekabr aylarında Ştutqart, Köln və Hamburq şəhərlərin-
də davam etmişdir. Burada Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə
haqqında yaradıcı təxəyyüllə çəkdiyi əsərlərdən ibarət “Almaniya bir rəssamın gözü
ilə” rəsm sərgisi və Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotosərgi
təşkil edilmiş, Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı təqdim
olunmuşdur.