Mədəniyyət 295
2006-
cı ildə bərpa işləri aparılmış
dini abidələrdən biri Bakının Binə qəsə-
bəsindəki Möhsün Səlim məscididir. XIX
əsrin əvvəllərində yerli mədən sahibinin
vəsaiti ilə tikilmiş məscid uzun illər heç
bir təmir-abadlıq işi aparılmadığına görə
yararsız vəziyyətə düşmüşdü. 1918-ci
ildə erməni daşnaklarının şəhərə hücu-
mu nəticəsində məscidin günbəzi zə-
dələnmişdir. Sakinlərin müraciətindən
sonra məsciddə bərpa işlərinə başlanıl-
mışdır. Din xadimlərinin xahişi nəzərə
alınaraq məscidin həyətində əlavə yar-
dımçı bina tikilmişdir. Qısa müddətdə
burada 100 nəfərlik salonu, dəstəmaz
otaqları, kişi və qadınlar üçün ayrı-ayrı-
lıqda hücrələri, din xadimləri üçün məş-
vərət otağı, daimi suyu, mətbəxi olan
yeni bina inşa edilərək dindarların isti-
fadəsinə verilmişdir. Məscid dövlət tərə-
findən qorunan tarixi abidələr siyahısına
daxil edilmişdir.
2006-
cı ilin oktyabrında Heydər Əli-
yev Fondunun dəstəyi ilə Gəncədəki
Həzrəti Zeynəb məscidi yenidən qurul-
muşdur.