Mədəniyyət
298
2008-
ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması ara-
sında Anlaşma Memorandumu imzalanmışdır. Sənəd müəyyənləşdirilmiş sahələr
üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı
obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etno-mədəni inki-
şafına yönələn tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
İlkin əməkdaşlıq çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma ta-
van şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz
edilmiş, məbədin fasadında keramik panno yerləşdirilmişdir.