Sosial
316
Fond tərəfindən Şamaxı şəhərin-
də müvəqqəti məskunlaşmış məcburi
köçkün ailələri üçün yaşayış binası inşa
edilmiş, Salyan şəhərində Qarabağ mü-
haribəsi veteranları, əlil, aztəminatlı və
çoxuşaqlı ailələr üçün yeni yaşayış mas-
sivi salınmışdır.
2009-
cu ildə Bakıda uşaq evlərində
tərbiyə almış, yaşı 18-dən yuxarı olan
qızlar üçün, 2013-cü ildə isə uşaq evləri
və internat məktəblərinin məzunu olan
gənclər üçün yaşayış binaları istifadəyə
verilmişdir.
Heydər Əliyev Fondu tərəfindən Qa-
radağ rayonu Lökbatan qəsəbəsində
20
min sakinin su təminatının yaxşı-
laşdırılmasına imkan verən su kəməri
çəkilmiş, Şamaxı rayonunun dağ kənd-
lərinə işləyən nəqliyyat vasitələrinin
fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı
əhalinin müraciətlərinə əsasən rayona
sərnişin avtobusları, məişət tullantıları-
nı daşıyan avtomobillər bağışlanmışdır.