Sosial
319
2004-2014-
cü illər ərzində Heydər Əliyev Fondu Bakının Xəzər rayonu ərazisində
infrastruktur layihələri – Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrə yolların çəkil-
məsini, Binə qəsəbəsində yardımçı stansiyanın yenidən qurulmasını, qəsəbələrin
su təchizatının yaxşılaşdırılmasını, parkların salınmasını həyata keçirmişdir. Rayon
ərazisində yaşıllıqların salınması, məişət tullantılarının yığılması, abadlıq işlərinin
aparılması məqsədi ilə Fond tərəfindən alınmış su maşınları, yükünü özüboşaldan
və məişət tullantılarını daşıyan maşınlar, eləcə də qreyder, yükvuran, traktor, çox-
funksiyalı ekskavator rayonun müvafiq icra strukturlarına təhvil verilmişdir.