Sosial
321
Valideyn himayəsindən, ailə qay-
ğısından məhrum olan uşaqların cə-
miyyətə inteqrasiyasını asanlaşdırmaq,
asudə vaxtlarını səmərəli təşkil etmək
məqsədi ilə Heydər Əliyev Fondu mütə-
madi olaraq xeyriyyə aksiyaları keçirir.
Aksiyalar çərçivəsində Fond körpələr
və uşaq evlərinə, internat məktəblərinə
müxtəlif yardım və hədiyyələr göndərir,
uşaqlar üçün konsert proqramları və əy-
ləncəli tədbirlər təşkil edir.
Fond hər il orta məktəblərdə təhsil-
də xüsusilə fərqlənən, uşaq evlərində
və internat məktəblərində tərbiyə alan,
qaçqın və məcburi köçkün ailələrindən
olan, yetim və valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün Yeni il və
Novruz şənlikləri keçirir. Bundan əlavə,
Qurban və Ramazan bayramlarında
uşaq evləri və internat məktəblərinə
bayram hədiyyələri göndərilir.