Sosial
332
2006-2008-
ci illərdə Heydər Əliyev
Fondu Azərbaycan tarixi ilə bağlı mə-
lumatların, o cümlədən hərbçilər üçün
yararlı olacaq məlumatların yer aldığı
Hərbçinin qeyd və yaddaş kitabçası”-
nı çap etmişdir. Fond bir sıra hərbi his-
sələrə hərbi təlim plakatları və müxtəlif
növ məişət texnikası hədiyyə etmişdir.
Heydər Əliyev Fondu əlillərin
cəmiyyətə
inteqrasiyasına,
onların
istedadlarının
üzə
çıxarılmasına
və inkişaf etdirilməsinə, əməyinin
qiymətləndirilməsinə mühüm əhəmiy-
yət verir. 2007-ci ilin oktyabrında
Fondun təqdimatı ilə Ümumdünya Əqli
Mülkiyyət Təşkilatı Azərbaycandan
15
nəfər əlil ixtiraçıya mükafatların
verilməsini həyata keçirmişdir.
Fond Böyük Vətən müharibəsi ve-
teranlarını da daim diqqətdə saxlayır,
müntəzəm olaraq onların problemləri
ilə maraqlanır, qayğı göstərir. Veteran-
lara mütəmadi olaraq ünvanlı sosial
yardım göstərilir, müharibə iştirakçıları-
nın şərəfinə parklar salınır, onlara abidə
ucaldılır, müxtəlif bayramlarda tədbirlər
keçirilir.