Sosial
338
Heydər Əliyev Fondu xarici ölkələrdə də sosial layihələr həyata keçirir. Fond Hai-
tidə, İranda, Türkiyədə, Pakistanda zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələri-
nin aradan qaldırılmasına yardım etmişdir.
2011-
ci ilin sentyabrında Heydər Əliyev Fondu Fransa Prezidenti Nikola Sarko-
zinin dəstəyi və Fransa Terror Qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror
Qurbanları Təşkilatının təşəbbüsü ilə Parisdə terrorizm qurbanlarına həsr olunmuş
7-
ci Beynəlxalq Konqresin keçirilməsinə maliyyə yardımı etmişdir.
2012-
ci ilin fevralında Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan döv-
lətinin maliyyə dəstəyi ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yenidən
qurulmuş “Dostluq parkı” istifadəyə verilmişdir.