347
Ekologiya
Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA) təşəbbüs-
karı olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ekoloji təhlükəsizliyin
təmin edilməsinə və ətraf mühitin mühafizəsi sahəsində gənclərin biliklərinin artırıl-
masına xüsusi önəm verir. Bu məqsədlə Heydər Əliyev Fondu tərəfindən mütəmadi
olaraq maarifləndirmə tədbirləri, iməciliklər, müsabiqə və turnirlər, sərgi və konfrans-
lar keçirilir, yay məktəbləri təşkil olunur.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ildən Bakının Qala qəsəbəsi əra-
zisində tullantıların düzgün idarə edilməsi sisteminin qurulması üçün “Təmiz Qala”
layihəsi həyata keçirilir. Layihənin məqsədi tullantıların yığımını və daşınmasını, o
cümlədən sonrakı utilizasiyasını müasir standartlara uyğun təşkil etməkdir.