İdman
364
Fondun təşəbbüsü ilə inşa olunan
orta məktəb və məktəbəqədər müəs-
sisələrdə idman zalları, futbol mey-
dançaları, yeni salınan parklarda mini
stadionlar, idman qurğuları ilə təchiz
olunmuş sahələr yaradılır, idmana dair
bir sıra əyani vəsaitlər və nəşrlər pay-
lanılır.
2007-2008-
ci illərdə Fondun dəstəyi
ilə Bakıda ümummilli lider Heydər Əliye-
vin xatirəsinə həsr olunmuş “Prezident
kuboku” Beynəlxalq Şahmat Festivalı ke-
çirilmişdir. Dünyanın müxtəlif ölkələrin-
dən şahmatçıların qatıldığı festivallarda
beynəlxalq dərəcəli qrossmeysterlər və
məşhur idman ustaları da iştirak etmişlər.