376
Tarixi həqiqətlər
Heydər Əliyev Fondu Azərbaycan
tarixi ilə bağlı həqiqətlərin və Ermənis-
tan-Azərbaycan, Dağlıq Qarabağ mü-
naqişəsinin əsl mahiyyətinin beynəlxalq
ictimaiyyətə çatdırılmasına xüsusi önəm
verir. Buməqsədlə xarici ölkələrdə tədbir-
lər keçirilir, sərgilər təşkil olunur, müxtəlif
dillərdə buklet və kitablar nəşr edilir.
2006-
cı ildə Heydər Əliyev Fondu
tərəfindən “Qarabağ həqiqətləri” buklet-
lər toplusu nəşr edilmişdir. Qarabağın ta-
rixi, Ermənistan-Azərbaycan, Dağlıq Qa-
rabağ münaqişəsinin başlanması, onun
nəticəsində ölkəmizə dəyən ziyan, Xocalı
faciəsi, ermənilərin dünyanın müxtəlif
ölkələrində törətdiyi terror aktları haqqın-
da faktları əks etdirən, ingilis, fransız,
alman, rus, macar, yapon dillərində nəşr
olunmuş bukletlər indiyədək bir çox xarici
ölkələrdə yayılmışdır.
Qarabağ həqiqətləri” silsiləsinin
davamı olaraq 2007-ci ildə Ermənistanın
Azərbaycan mədəniyyətinə, maddi-
mənəvi irsinə qarşı məqsədyönlü şəkildə
həyata keçirdiyi vandalizm siyasətindən
və onun acı nəticələrindən bəhs edən
Azərbaycana qarşı müharibə: mədəni
irsin hədəfə alınması” (“War Against
Azerbaijan: Targeting Cultural Heritage”)
kitabı ingilis dilində nəşr edilmişdir.
Kitaba işğal olunmuş rayonlarımızın hər
birində mədəni sərvətlərimizin siyahısı,
xəritələr, habelə Ermənistan ərazisində
və işğal altındakı bölgələrimizdəki
tarixi və mədəniyyət abidələrimizin
əvvəlki və indiki vəziyyətini əks etdirən
videomateriallar əlavə olunmuşdur.
Nəşrdə erməni vəhşiliyi nəticəsində
dağılmaqda olan abidələrimiz haqqında
müfəssəl məlumat və onların rəngli
şəkilləri verilmişdir.
2006-
cı ildə nəşr olunmuş “Müharibə
və tarixi-mədəniyyət abidələrimiz” kita-
bında Azərbaycanın işğal olunmuş ərazi-
lərindəki ziyarətgahlar və digər tarixi
mədəniyyət abidələri haqqında ətraflı
məlumat verilir.