379
Tarixi həqiqətlər
Heydər Əliyev Fondunun 2007-ci il-
dən başlayaraq hər il dünyanın bir sıra
böyük şəhərlərində Xocalı soyqırımının
ildönümü ilə bağlı keçirdiyi aksiyalar-
da “Xocalı soyqırımı” filmi, ermənilərin
Xocalıda törətdikləri vəhşilikləri əks et-
dirən fotoşəkillər və müxtəlif illərdə xa-
rici ölkələrin nüfuzlu nəşrlərində Xocalı
faciəsi haqqında dərc edilmiş material-
lar, Fondun ümumtəhsil məktəbləri və
uşaq evlərində “Xocalı uşaqların gözü
ilə” mövzusunda keçirdiyi müsabiqənin
seçmələrindən ibarət rəsmlər nümayiş
etdirilir və bu mövzu ilə bilavasitə bağlı
olan “Qarabağ həqiqətləri” toplusu və
Azərbaycana qarşı müharibə: mədəni
irsin hədəfə alınması” kitabı paylanılır.
Dünya ictimaiyyətinə Xocalı soyqırımı
haqqında obyektiv məlumatı çatdırmağa,
ictimai rəyi formalaşdırmağa yönələn bu
tədbirlərə müxtəlif qurumların, diploma-
tik missiyaların nümayəndələri, şəhər
sakinləri, eləcə də kütləvi informasiya
vasitələrinin nümayəndələri dəvət olu-
nurlar.
2013-
cü ilin fevralında Parisdə fran-
sız rəssamı Reno Baltzinjerin Xocalı fa-
ciəsinə həsr etdiyi rəsm əsərlərindən
ibarət “Xocalı gecəsi” sərgisinin vernisajı
keçirilib.