381
Tarixi həqiqətlər
2012-
ci ilin fevralında Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar “Uşaq-
lar və müharibə” mövzusunda respublika rəsm sərgisi keçirilmişdir. Heydər Əliyev
Fondunun və Təhsil Nazirliyinin birgə təşkil etdikləri sərgiyə 1200-dən çox rəsm
işi təqdim olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə təşkil olunan sərgi öz miqyasına görə dünya və Azərbaycan tarixinə ən
dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı haqqında gənc
nəslə geniş məlumat vermək, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş in-
sanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə Vətənə sədaqət və məhəbbət
hissini gücləndirmək məqsədi ilə təşkil olunmuşdur.