383
Tarixi həqiqətlər
Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasə-
tini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli
yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi
ilə 2009-cu il 30 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında
Sərəncam imzalamışdır. 2013-cü ilin sentyabrında istifadəyə verilmiş kompleks
Heydər Əliyev Fondu tərəfindən inşa edilmişdir.
Abidə-muzeyin ekspozisiyasında 1918-ci ilin mart-iyul aylarında Bakı quberniya-
sının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhaliyə qarşı
törədilmiş soyqırımın tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzeyin ekspozisiya-
sı unikal arxiv sənədləri ilə zəngindir.
1918-
ci ildə Azərbaycan qəzalarında törədilmiş soyqırımı tarixi faktlarla əks et-
dirən 16 adda üç dildə buklet, 4 adda üç dildə kitab nəşr edilmişdir.