394
Beynəlxalq əməkdaşlıq
Nümayəndəlik Rusiya Federasiyasın-
da fəaliyyətini genişləndirmək məqsə-
di ilə bu ölkənin müxtəlif vilayətlərinə
səfərlər təşkil edir, burada yaşayan
və təhsil alan azərbaycanlı gənclərin
problemləri ilə maraqlanır, onların həlli
istiqamətində müəyyən tədbirlər görür.
Rusiyanın bir sıra nüfuzlu ali məktəblə-
rində Azərbaycan klubları yaradılmışdır.
Azərbaycan mədəniyyətinin təbliğində
mühüm rol oynayan belə klubların yara-
dılması davamlı şəkildə aparılır.
Heydər Əliyev Fondunun vitse-pre-
zidenti Leyla Əliyevanın Rusiya Federa-
siyasının bir çox vilayətlərinə səfərləri
zamanı yerli dövlət və qeyri-hökumət
təşkilatları ilə əməkdaşlıq əlaqələri qu-
rulmuşdur.