400
Beynəlxalq əməkdaşlıq
2009-
cu ilin iyununda Moskvada,
2010-
cu ilin iyununda isə Bakıda çoxsaylı
alimlərin iştirakı ilə “Qloballaşma şərai-
tində mədəniyyətlərin dialoqu” mövzu-
sunda forum keçirilmişdir. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
xatirəsinə həsr olunmuş forumun mate-
rialları əsasında “Qloballaşma şəraitində
mədəniyyətlərin qarşılıqlı fəaliyyəti” kita-
bı nəşr olunmuşdur.
2009-
cu ilin dekabrında nümayən-
dəliyin təşəbbüsü ilə Moskvada Naxçıvan
Muxtar Respublikasının 85 illik yubileyinə
həsr edilmiş konfrans keçirilmişdir.
Fondun Rusiya Federasiyasındakı
nümayəndəliyi Böyük Vətən müharibə-
si veteranlarına xüsusi qayğı göstərir.
Nümayəndəlik mütəmadi olaraq Rusiya
və Azərbaycan veteranlarının görüşünü
keçirir. 2008-ci ildə nümayəndəlik “Şöh-
rət” muzeyinə xatirə hədiyyələri təqdim
etmişdir.
2010-
cu ilin dekabrında Heydər Əli-
yev Fondunun Rusiya nümayəndəliyinin
təşəbbüsü ilə Leninqrad vilayətinin “Nev-
ski Pyataçok” Əsgəri Memorialının Bey-
nəlmiləl şöhrət və xatirə xiyabanında Le-
ninqradın müdafiəsi zamanı həlak olmuş
azərbaycanlı döyüşçülərin xatirə lövhəsi
yaradılmışdır.