408
Beynəlxalq əməkdaşlıq
Nümayəndəlik Kluj şəhərindəki ye-
ganə Ahıllar evinə himayədarlıq edir.
110
nəfərdən artıq insanın yaşadığı Ahıl-
lar evinə mütəmadi olaraq humanitar
yardım və kömək göstərilir, buradakı in-
sanlara ərzaq, yataq və geyim dəstləri,
dərman preparatları, sanitar-gigiyena
ləvazimatları və zəruri məişət texnikası
təqdim edilir.
2008-
ci ildə nümayəndəlik Buxarest
şəhərində yerləşən uşaq evinə, Kons-
tantsa və Məcidiyyə şəhərlərində yoxsul
və kimsəsizlərə, 2012-ci ildə isə Buxarest
şəhərinin ikinci sektorunun ərazisindəki
əqli inkişafı qüsurlu olan uşaqlar üçün
xüsusi təyinatlı “Luminitsa” uşaq evinə
humanitar yardım etmişdir.
2008-
ci ilin iyulunda nümayəndəlik
Suçeava bölgəsində baş vermiş daşqın-
lardan, 2012-ci ilin fevralında isə Rumı-
niyanın müxtəlif bölgələrində aramsız
yağan qar və çovğunlu hava şəraitindən
zərər çəkmiş yerli əhaliyə ərzaq, geyim və
dərman preparatları ilə yardım etmişdir.
2008-
ci ilin aprelində nümayəndəlik
İon Pop de Popa Fondu ilə əməkdaşlıq
çərçivəsində ürək xəstəliklərindən əziy-
yət çəkən insanlara yardım göstərmişdir.
2009-
cu ildə Heydər Əliyev Fondu
və Buxarest meriyası arasında gənc-
lər sahəsində əməkdaşlıqla bağlı əldə
olunmuş razılıq əsasında azərbaycanlı
və rumıniyalı gənclərin qarşılıqlı səfərləri
təşkil olunmuşdur. Bu cür səfərlərin təşkil
olunmasında məqsəd hər iki ölkənin mə-
dəniyyəti, tarixi ilə yaxından tanışlıq və
gənclər arasında sıx dostluq əlaqələrinin
yaradılmasıdır.