418
Beynəlxalq əməkdaşlıq
2007-
ci ilin iyununda UNESCO, Azər-
baycan Hökuməti və Heydər Əliyev Fon-
du arasında ölkəmizdə peşə təhsilinin
inkişafını nəzərdə tutan layihənin icra
planına dair saziş imzalanmışdır. Turizm
və mehmanxana işini əhatə edəcək la-
yihə müəllimlərin hazırlanmasını, dərs-
lik və proqramların tərtibini, həmçinin
mehmanxana təsərrüfatı, turizm, infor-
masiya texnologiyaları sahəsində kadr-
ların ixtisas artımını nəzərdə tutur.
2008-
ci ilin mayında Parisdə
UNESCO-nun xoşməramlı səfirlərinin illik
yığıncağı çərçivəsində gənc istedadların
çıxışlarından
ibarət
Azərbaycanın
xoşməramlı mələkləri” adlı konsert
proqramı təqdim edilmişdir. Konsert
proqramından
əvvəl
azərbaycanlı
uşaqların rəsmlərindən ibarət sərgi
nümayiş etdirilmişdir.
2008-
ci ilin noyabrında UNESCO-nun
iqamətgahında XX əsr Azərbaycan ədə-
biyyatının görkəmli nümayəndəsi, alim
və pedaqoq Mir Cəlal Paşayevin 100 illi-
yinə həsr olunmuş mərasim keçirilmişdir.