420
Beynəlxalq əməkdaşlıq
2009-
cu ilin martında Bakıda Heydər
Əliyev Fondu ilə UNESCO arasında Qey-
ri-Maddi Mədəni İrsin Qorunması üzrə
2003-
cü il Konvensiyasının həyata keçi-
rilməsi ilə bağlı strateji məqsədlərə nail
olmaq üçün əməkdaşlığın möhkəmləndi-
rilməsinə dair Niyyət Protokolu imzalan-
mışdır. Heydər Əliyev Fondu inkişaf edən
ölkələrdə şəraitin yaxşılaşdırılması, qey-
ri-maddi mədəni irsin qorunması sahə-
sində birgə tədbirlərin keçirilməsi barədə
razılığa gələrək, Afrika ölkələrindən olan
yerli əhalinin Afrika İrs Məktəbində təlim
proqramı keçməsi üçün maliyyə yardımı
ayırmışdır.
2010-
cu ilin mayında UNESCO-da
Mədəni Müxtəliflik Festivalı çərçivəsində
Heydər Əliyev Fondunun dəstəyi ilə iki
konsert təşkil olunmuşdur.
2010-
cu ilin dekabrında Heydər
Əliyev Fondunun maliyyə dəstəyi ilə
UNESCO-nun 65 illik yubileyinin qeyd
edilməsi çərçivəsində təntənəli mərasim
təşkil edilmişdir.