453
Beynəlxalq əməkdaşlıq
2011-
ci ilin noyabrında Bakıda Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğ-
runda İslam Konfransı Gənclər Forumunun və Azərbaycan Hökumətinin birgə təşki-
latçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc İş Adamları Şəbəkəsinin təsis
qurultayı keçirilmişdir. Şəbəkə İƏT-in üzvü olan ölkələrdə fəaliyyət göstərən gənc iş
adamları üçün birgə fəaliyyət üzrə platforma rolunu oynamaqla, onların arasında
biznes sahəsində məlumat və təcrübə mübadiləsinin, qlobal səviyyədə innovativ
ideyaların dəstəklənməsinin həyata keçirilməsinə imkan yaradacaqdır.
İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc İş Adam-
ları Şəbəkəsinin təsis qurultayı