Elm və təhsil
44
Proqram çərçivəsində 2005-2014-cü
illər ərzində ölkənin müxtəlif bölgələrin-
də 100 mindən çox şagirdin təhsil aldığı
412
məktəb binası inşa olunmuş və
yenidən qurulmuşdur. Məktəblərin hər
birində müasir laboratoriya, kitabxana,
ən son avadanlıqla təchiz edilmiş
kompyuter otaqları, emalatxana, idman
zalları, yeməkxana, geniş meydançalar
və ayrıca istilik sistemi var.