461
Nəşrlər
2010-
cu ilin martında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” kitabı çap
olunmuşdur. Ölkəmiz haqqında müfəssəl məlumat vermək məqsədi ilə hazırlanmış
nəşrdə xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə
yanaşı, ölkəmizin müasir simasını təcəssüm etdirən 1000-dən çox fotoşəkil toplan-
mışdır. İlkin olaraq Azərbaycan dilində nəşr olunmuş kitab rus, ingilis, fransız (2010),
alman, italyan (2011), ərəb (2013) dillərinə tərcümə edilmişdir.