467
Nəşrlər
Fond mədəniyyət sahəsindəki fəaliyyətində Azərbaycan xalqının mədəni
ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbli-
ğinə xüsusi önəm verir. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin
fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə “Azərbaycan muğamları” layihəsi
çərçivəsində bir sıra nəşrlər işıq üzü görmüşdür.
24
virtuoz muğam ifaçısının səsləndirdiyi muğam
parçalarından ibarət albomun təqdimat mərasimi
2005-
ci ilin martında Parisdə, UNESCO-nun
mənzil-qərargahında keçirilmişdir.