Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən xalqımıza və ölkəmizə xidmət etməyə, milli
mentalitetimizə, mədəniyyətimizə və əsrlər boyu formalaşan ənənələrimizə xas olan xeyriyyəçi-
lik, insaniyyət və mərhəmət ideallarına arxalanmağa, Azərbaycanı dünyada layiqincə təmsil etməyə
çalışıb. Ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində həyata keçirdiyimiz genişmiqyaslı la-
yihələr, ilk növbədə, cəmiyyətimizin köməyə və qayğıya ən çox ehtiyacı olan təbəqələrinin – vali-
deyn himayəsindən məhrum olmuş uşaqların, qaçqın və məcburi köçkünlərin, qocaların və müxtəlif
xəstəliklərdən əziyyət çəkən uşaqların həyatının yaxşılaşmasına yönəlmişdir. Ötən on il ərzində biz
konkret layihələrimizlə, əməli işlərimizlə insanların inamını, etibar və etimadını, hörmət və dəstəyini
qazanmağa müvəffəq olduq. Bu, bizim ən böyük nailiyyətimizdir.
Milli mədəni irsimizin qorunması və dünya ictimaiyyətinə təqdim edilməsi, istedadlı gənclərə –
idmançılara, rəssamlara, musiqiçilərə dəstək, yüzlərlə yeni təhsil və təlim-tərbiyə müəssisələrinin
inşası və təmiri, müasir avadanlıqla təchiz edilmiş yeni tibb ocaqlarının, müxtəlif xəstəliklərdən
əziyyət çəkən uşaqlar üçün xüsusi reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi, minlərlə insanın
sağlam həyata qaytarılması, Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması –
bütün bunlar bir məqsədlə – doğma xalqımıza xidmət etmək məqsədi ilə həyata keçirilir.
Biz sülh, dözümlülük və humanizm dəyərlərinin təşviqinə xüsusi önəm veririk. Xarici ölkələrdə
reallaşdırdığımız layihələrlə sivilizasiyalararası dialoqun inkişafına, tolerantlıq, qarşılıqlı anlaşma və
dostluq kimi bəşəri dəyərlərin təbliğinə töhfə verməklə yanaşı, Azərbaycanı dünyaya tanıdırıq.
Görülən işlərimizin miqyası böyüməkdə, layihələrimizin sayı artmaqdadır. Bizim yeni ideyalarımız
var, qarşımızda yeni məqsədlər durur və biz Azərbaycanın bu günü və gələcəyi naminə, Azərbaycan
xalqı naminə fəaliyyətimizi əzmkarlıqla davam etdirəcəyik.
Mehriban Əliyeva
Heydər Əliyev Fondunun prezidenti