Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərin-
də anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra
Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memar-
lıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar
təhsili yarımçıq qalmışdır.
Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə
müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən döv-
lət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq) və
Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Uni-
versitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il
çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizlik Komitəsi Sədrinin müavini, 1967-ci ildən Sədri vəzifələrində işləmiş və
general-mayor rütbəsinə yüksəlmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda
Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri ol-
muşdur.
1976-
cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzv-
lüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə
işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm
sahələrinə rəhbərlik etmişdir. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR
Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Ali Soveti Sədrinin müavini vəzifəsində
çalışmışdır. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitə-
si Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz
əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı
faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanat verərək
Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırıl-
masını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda
yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet
İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-
cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra
isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.
1991-1993-
cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan
Respublikasının Ali Məclisinin Sədr müavini vəzifələrində çalışmışdır. 1992-ci ildə Yeni
Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında Heydər Əli-
yev partiyanın Sədri seçilmişdir.
1993-
cü ilin may-iyun aylarında hökumət böhranının kəskinləşməsi nəticəsində
ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yara-
nanda xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbayca-
nın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilmiş, iyu-
lun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiy-
yətlərini icra etməyə başlamışdır.
1993-
cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə Heydər
Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş
Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də ke-
çirilən seçkilərdə iştirakdan imtina etmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də
müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri
xiyabanda dəfn olunmuşdur.
HEYDƏR ƏLİRZA oğlu ƏLİYEV