Elm və təhsil
70
Fond hər il yeni faydalı nəşrlər hazır-
layaraq aidiyyəti üzrə təhsil müəssisələ-
rinə paylayır.
2007-2008-
ci illərdə “Təhsilə dəstək”
layihəsi çərçivəsində Heydər Əliyev
Fondu tərəfindən əyani vəsait kimi 140
adda plakat hazırlanaraq respublikanın
ümumtəhsil məktəblərinə paylanılmışdır.
Tədrisin keyfiyyətini yüksəltmək
məqsədi ilə ilk dəfə olaraq Azərbaycan
dilində müxtəlif fənlər üzrə hazırlanan
plakatların hər birindən 10 min nüsxə
olmaqla 1 milyon 400 min ədəd plakat
çap edilmişdir.
Fond tərəfindən 2008-ci ildə mək-
təbəqədər müəssisələr üçün nəzərdə
tutulmuş müxtəlif mövzulu plakatlar,
multimedia diskləri, tablolar, oyun və di-
gər əyani vəsaitlər buraxılmışdır. Bu cür
vəsaitlər mütəmadi olaraq hər il sözüge-
dən müəssisələrə paylanılır. Təlim prose-
sini uyğun mövzularla zənginləşdirən və
məşğələlərin maraqlı keçməsinə zəmin
yaradan vəsaitlər, eyni zamanda, uşaq-
ların öyrəndiklərini yadda saxlamağa və
ətrafda baş verən hadisələri dərk etməyə
kömək edir.