Elm və təhsil
72
Heydər Əliyev Fondu təhsilə qayğı-
sını xaricdə də nümayiş etdirir. “Təhsilə
dəstək” layihəsi çərçivəsində Gürcüstan,
Hollandiya, Misir, Pakistan, Rumıniya və
Rusiya Federasiyasında bir sıra məktəb-
lər yenidən qurulmuş və əsaslı təmir
olunmuşdur.
Pakistanda qızlar üçün yeni orta
məktəb binasının inşası ən uğurlu və
önəmli işlərdən biridir. 2005-ci ildə Pa-
kistanda böyük dağıntılara səbəb olmuş
zəlzələdən sonra Müzəffərabad şəhəri
Rara ərazisindəki qızlar üçün məktəb
tam yararsız vəziyyətə düşmüşdü. Fond
tərəfindən qısa müddətdə inşa edilən
650
şagird yerlik yeni təhsil ocağında
müasir tələblərə cavab verən 10 xüsusi
sinif otağı, laboratoriyalar, fənn kabinet-
ləri, kitabxana, kompyuter otağı, idman
meydançası vardır.