Elm və təhsil
80
Heydər Əliyev Fondu xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə təhsil sahəsində
birgə layihələr həyata keçirir. 2008-ci ildə Polşa Respublikasının Azərbaycan Respub-
likasındakı Səfirliyi ilə əməkdaşlıq haqqında saziş imzalanmışdır. Əməkdaşlıq çərçivə-
sində yeni məktəb binası inşa olunmuş, müasir avadanlıqla təchiz edilmiş və 2009-cu
ilin yanvarında istifadəyə verilmişdir.
2010-
cu ildə Litvanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə humanitar sahədə
əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandum çərçivəsində
xüsusi istedada malik 20 azərbaycanlı gənc Litvanın aparıcı universitetlərində ödəniş-
siz əsaslarla təhsil almaq hüququ qazanmışdır. Layihənin davamı olaraq 2011-2013-cü
illərdə də azərbaycanlı gənclər Litvanın ali məktəblərinə qəbul olunmuşlar.
2011-
ci ilin mart ayında Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı Səfirliyi,
Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız liseyinin ti-
kintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalanmış, oktyabr ayında isə Azərbaycan və
Fransa Prezidentlərinin iştirakı ilə liseyin təməlqoyma mərasimi keçirilmişdir.