Elm və təhsil
7
Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Hey-
dər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin
mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini
vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli
gələrək yaradılmışdır.
2004-
cü il mayın 10-da – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
doğum günündə açılmış Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlə-
rin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin
aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif
proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin
edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sa-
diq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azər-
baycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına
yardım göstərməkdən ibarətdir.
Onillik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən
layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möh-
təşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əli-
yev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudla-
rından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Fondun prezidenti Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun Xoşmə-
ramlı səfiri Mehriban Əliyevadır.