164
Çünki qabaqcadan verilən xəbər o zaman doğru çıxar ki, ulduzların
təqvimi dürüst olsun, rəml düz atılsın. Diqqətli ol, təxmini cədvəllərə
inanma, müfəssəl təqvimlərdən istifadə et. Əvvəlcə düzgün hesabla,
sonra cədvəllərlə yoxla, hesabla cədvəl düz gəlsə, onlara əsasən hökm
ver, onda doğru çıxar.
Bir şeyi əvvəlcədən xəbər vermək istərkən dərhal nə doğulduğunu
və nələr olacağını demə, ulduzların vəziyyətini, rəml və rəmlin
xanalarını, ay və ayın bürcünü, ay bürcünün hakimini, bürclərin
xüsusiyyətini, ulduzların xüsusiyyətlərini, onların hansı bürcdə, nə
vaxt və necə olacaqlarının zəruriyyət xanasını, ayın ondan məsafəsini,
ulduzların vəziyyətini, rəml xanasına hakim olan ulduzların xanasını,
bu ulduzlara yaxınlaşacaq sabit ulduzların vəziyyətini, onların
xoşbəxtlik və bədbəxtlik dərəcəsini, xeyir və şər dərəcəsini, qaranlıq və
parlaqlıq, yəni günəş dərəcəsini, aşağı və yuxarı dərəcələrini heç vaxt
nəzərdən qaçırma. On ikilərin, ziclərin
118
,
üç bucaq hökmdarlarının,
hədd, surət və başlanğıcın kədər, hüzn, fərəh və bəla xanasının
zirvədə və ya alçaqda olduğunu təyin et. Sonra ay və ulduzların
vəziyyətinə nəzər sal, xoşbəxtlik, bədbəxtlik, xeyir, şər, maillik,
tarazlıq, yaxınlaşma, uzaqlaşma, uzaqdan işartılıq, uzaqdan birləşmə,
boşluqda hərəkət, yabançı hərəkətlər, cazibə və dəfetmə, işığın əks
edilməsi, tədbirin dəfi, parçalanma, etiraz, mükafat, qəbul, yüksəliş,
şöhrət, birləşmə, gələcək ruh və cisim, hədiyyə, ömrün qısalması və
uzanması, beşlərin gərdişi
119
-
bunları bil, bunları bildikdən sonra öz
sözünü de, onda verdiyin hökm düz çıxar.
Hökmlərini etibarlı təqvimlər üzrə ver. Bu təqvimlər ziclərə
əsasən görkəmli mütəxəssislər tərəfindən düzəldilməli, dönə-dönə
sınaqdan çıxarılmalı, təkrar-təkrar yoxlanmalı və dürüst hesablamalar
nəticəsində tərtib edilməlidir. Bütün bunlara baxmayaraq, səhvə yol
verməmək üçün sən onlardan ehtiyatla istifadə et və nəzərdən qaçmış
xətaları düzəltməyə çalış.
Bütün bunlara arxayın olduqdan sonra, gərək deyəsən: „Mən nə
deyirəmsə, o da olacaq“. Sən öz dediyinə əmin olmasan, hökmün də
düz çıxmaz.
NÜCUM VƏ HƏNDƏSƏ ELMİ HAQQINDA