166
bu anda yazılır. Ana bətnindən ayrılan saata böyük dəyişiklik taleyi
deyilir, illər dəyişdikdə „orta tale“ adlanır, aylar dəyişdikdə „kiçik
tale“. İnsanın başına nə gəlirsə, hamısı ana bətninə düşən an taleyi
ilə bağlıdır və bunun həqiqətən belə olduğunu Peyğəmbər (s.) xəbər
verərək demişdir: „Xoşbəxt, ana bətnindən xoşbəxtdir, bədbəxt,
ana bətnindən bədbəxt“. Dünyanın ağası bu sözləri mən sənə
dediyim səbəblərə görə belə demişdir, sənə ana bətnindəki taledən
danışmaq lazım gəlməyəcək, çünki o sənin kimi adamların boynuna
biçilməmişdir. Lakin böyük dəyişikliklər taleyindən danışanda
keçmiş alimlərin yolu ilə get, hər verdiyin hökmdə onların dediyinə
riayət et.
Qabaq dediyim kimi, əgər səndən bir sual etsələr, əvvəl zamanın
taleyinə bax, sonra onun sahibinə, bundan sonra aya, ay bürcünə,
bürc hökmdarlarına, ayın yaxınlaşacağı ulduza, ayın uzaqlaşdığı
ulduza, daha sonra tale ulduzuna və onun olacağı birinci xanaya
bax, orada birdən çox ulduz görsən, hansının hakim olduğuna, kimin
daha xoşbəxt olacağına diqqət yetir, sonra həmin ulduz haqqında
danış, düz çıxar.
Ehkam şərtləri haqqında, az da olsa, dedim. İndi əgər mühəndis,
ya yer ölçən olsan, hesabı yaxşı öyrən, amandır, bir saat belə hesabı
təkrar etməmiş olma, çünki hesab elmi vəhşi elmdir. Əgər yer ölçsən,
bucaqları təyin et, müxtəlif tərəfli şəkillərə xor baxma və demə ki, bunu
ölçərəm, qalanlarını təxmini yazaram; sahədə böyük fərqlər əmələ
gələr. Bucaqları düzgün təyin etməkdə xüsusən səy göstər. Mənim
müəllimim həmişə deyərdi: „Ayıq ol, sahə ölçərkən bucaqlara fikir
verməyi unutma“.
Çoxüzlü cisimlərdə çox zaman qövs şəklində bucaq olar. Çox
yerdə bunlar kor bucağa oxşarlar. Belə halda isə sahədə böyük fərq
əmələ gəlir. Sahəsini hesablamaq çətin olan şəkil rast gəlsə, onu
təxmini hesablama, yarısını üçbucaq və dördbucaqlara böl, heç elə
bir şəkil ola bilməz ki, belə etmək mümkün olmasın, sonra hərəsini
ayrı-ayrı hesabla, nəticə düz çıxar. Bu barədə danışmaq istəsəm,
çox şey demək olar, lakin onda kitab əndazəsindən çıxar. Bu
NÜCUM VƏ HƏNDƏSƏ ELMİ HAQQINDA