15
etdiyindən ondan möhrə hazırlayırlar, daşdan isə hazırlamırlar.
Deməli, dərk edilmiş hər şeydə bir dərkolunma xüsusiyyəti var və
o, Yaradanın nəyə qabil olduğunu göstərir. Ona görə sən özünə bax,
Yaradana baxma. Sən yaradılmışa diqqət et ki, Yaradanı əql ilə dərk
edə biləsən. Ayıq ol, vaxtı əldən verməyəsən, çünki vaxt keçicidir,
keçici şeyin isə əvvəli və sonu olar.
Bağlı gördüyün bu dünyanın bağlılığına heyran olma və güman
etmə ki, bu bağ həmişə açılmamış qalacaq. Sən Yaradanın yaxşılıqları
və nemətləri haqqında fikirləş, özü haqqında fikirləşmə, çünki yolu
o adam daha çox azır ki, yol olmayan yerdə yol axtarsın. Peyğəmbər
əleyhissəlam demişkən:
Allahın nemətləri haqqında fikirləşin, zatı
haqqında fikirləşməyin”.
Əgər bizi yaradan
Allah öz bəndələrinə
Onu dərk etməyə cəsarət və ixtiyar verməsəydi, heç kəs bu barədə
bir söz deməyə cürət etməzdi. Sən Haqqı nə adlandırırsan adlandır,
onun haqqında nə düşünürsən düşün, bu, Yaradanın ilahiliyinə deyil,
yalnız sənin acizlik və miskinliyinə dəlalət edər, çünki sən Allahı heç
vaxt layiq olduğu qədər tərifləyə bilməzsən. Belə olan təqdirdə sən
Onu necə dərk edə bilərsən? Əgər sən tövhidin nə olduğunu bilmək
istəyirsənsə, bil ki, sənin üçün mümkün olmayan hər şey Onun üçün
mümkündür, məsələn, təklik kimi. Kim təkliyin mahiyyətini anlasa, o
müşriklikdən azad olar. Təklik yalnız böyük Yaradana xasdır, ondan
başqa nə varsa, hamısı cütdür.
Xüsusiyyətinə görə ikiləşən hər şey ya tərkibinə görə ikiləşər,
cisim kimi, ya parçalanmağına görə ikiləşər, ədəd kimi, ya fərqinə
görə ikiləşər, sifət kimi, ya təzahürə görə ikiləşər, cövhər kimi, ya
mənşəyinə görə ikiləşər, əsli və fəri kimi, ya məkana görə ikiləşər,
fəza və boşluq kimi, ya fəhmə görə ikiləşər, ağıl və nəfs kimi, ya
müvazinətə görə ikiləşər, təbiət və surət kimi, ya qarşılaşmaya görə
ikiləşər, ehtimal və qətilik kimi, ya
qəbul edilmə nöqteyi-nəzərindən iki
cür ola bilər, azlıq və çoxluq kimi,
ya dərk edilmə baxımından iki ola
bilər, varlıq və yoxluq kimi. Bunlar
ziddiyyətli olduqları qədər də,
ALLAHI DƏRK ETMƏK YOLU HAQQINDA