230
Doqquzuncu fəsil
38
Ərəstu - Ərəstun, Aristotel. Məşhur yunan alimi və filosofu.
39
Əscədi - XI əsrin məşhur şairlərindən biri.
40
Taət - İtaət, itaət etmək.
41
Məsiyət - İtaət etməmək, dinə qarşı çıxmaq, asi olmaq.
42
Zöhdiyyat - Tərkidünyalıq, zahidlik haqqında yazılmış əsər.
43
Süleyman - Davudun oğlu Süleyman peyğəmbər (e. ə. 1082-975).
44
Hacib - Saray xidmətçisi, təşrifat rəisi, pərdədar.
On birinci fəsil
45
Dörd təbiət - Qədim təbabətdə böyük rol oynayan xarici aləmdəki
dörd ünsürə (su, od, torpaq, külək) müvafiq olaraq insanın
bədənində də dörd “təbiətin”, yəni istilik, soyuqluq, quruluq və
yaşlıq xüsusiyyətlərinin olduğunu qəbul edən nəzəriyyəyə işarə
edilir.
46
Müfsid - Fəsad törədən, ziyankar.
On ikinci fəsil
47
Gilan - İranın şimalında vilayət adı. Vaxtilə müstəqil dövlət
olmuşdur. “Qabusnamə” müəllifi özü Gilandandır.
48
İbn Müqlə - Məşhur xəttat, ədəbiyyatşünas və dövlət xadimi
olmuşdur. Abbasi xəlifələrinin vəziri olmuşdur.
49
Mötəsim - Abbasilərin səkkizinci xəlifəsi, 833-842-ci illərdə
hökmranlıq etmişdir.
On dördüncü fəsil
50
Şeyx Əbu Səid bul-Xeyr Meyhəni - Xorasanda məşhur zahidlərdən
biri olmuşdur (967-1049).
51
Şəmsülməali - “Qabusnamə” müəllifinin babası.
52
Əbul-Abbas Qanimi - Şəmsülməalinin vəziri.
53
Qəzne, Qəzneyn - Qəznəvilərin paytaxtı, Əfqanıstandadır.
54
İqta - hissə, parça. Xüsusi xidmət müqabilində bəxş edilən torpaq.
55
Ptolomey - Qədim yunan filosofu və alimi (e.ə. II əsr).