232
73
Azadanlar - Burada muzdla tutulmuş xidmətçilər, qul olmayanlar
nəzərə alınır.
İyirmi beşinci fəsil
74
Dül-dül - Əlinin atının adı.
75
Əhməd Feriqun - Feriğunilər sülaləsindən Ğuzğan ölkəsinin
əmiri.
İyirmi altıncı fəsil
76
Dara - Əhəmənilər sülaləsindən III Dara (e. ə. 336-330) nəzərdə
tutulur.
İyirmi yeddinci fəsil
77
Zubin - İkihaçalı, gödək nizə.
78
Tab-tab - Çovkan oyununun bir növü.
79
Absukun - Xəzər dənizinin köhnə, qədim adlarından biri.
80
Mosul - İraqda şəhər adı.
81
Ükbəra, Əkbəra - Bağdadın yaxınlığında qəsəbə adı.
82
Qoştasp, Kəştasib - İranın qədim şahlarından birinin adı.
Deyilənlərə görə, Zərdüştün dövründə yaşamış və onun dinini
qəbul etmişdir.
83
Kostəntəniyyə - İstanbul, Konstantinopol.
84
Şəhrbanu - Sasani hökmdarı III Yəzdgürdün qızı. 637-ci ildə
öldürülmüşdür. Bəzilərinin fikrinə görə, III Yəzdgürdün belə bir
qızı olmamışdır.
85
Səlman Farsi - Muhamməd peyğəmbərin (s.) səhabələrindən biri,
onun dəlləyi. İslam dinini ilk qəbul edən iranlılardan sayılır.
İyirmi doqquzuncu fəsil
86
Əyyar - Xilafət dövründə daimi sənət və peşəsi olmayan adamlara
deyilirdi. Bunlardan muzdlu silahlı dəstələr düzəldilir, asayişi
bərpa etmək üçün istifadə edilərmiş. Sonradan bu ad “qoçaq”,
igid” mənasında işlənməyə başladı. “Qabusnamə”də “əyyar” sözü
müsbət mənada işlədilmişdir.