237
Otuz səkkizinci fəsil
179
Məmun - Abbasilərin 8-ci xəlifəsi (813-833).
180
Əbdülməlik Ükbəri - Məmunun nədimi.
Otuz doqquzuncu fəsil
181
Səc - qafiyəli nəsr, ritmli nəsr.
182
Mənşur - Fərman, əmr.
183
Əbu Müslim Xorasani - Əbu Müslimin Xorasanda qaldırdığı
üsyan nəticəsində xilafət Əməvilərin əlindən çıxaraq Abbasilərin
əlinə keçmişdir (750-ciil). Əbu Müslim özü bir müddət Xorasanda
əmirlik etmiş, 755-ci ildə Abbasi xəlifələrindən Mənsur tərəfindən
öldürülmüşdür.
184
Darülxilafə - Xilafət evi. Abbasilərin dövründə Bağdada verilən
ad. Sonralar xilafət paytaxtının yerləşdiyi məkana Darülxilafə adı
verilirdi.
185
Mənsuri - Xüsusi kağız formatının adı.
186
Bunəsr Müşkan - Soltan Mahmudun dəftərxana rəisi, gözəl xəttat
və ədəbiyyatşünas olmuşdur. 1039-40-cı illərdə vəfat etmişdir.
187
Əbubəkr Quhistanı - Soltan Mahmudun nədimi. Məşhur yazıçı
olmuş, ərəb ədəbiyyatını dərindən bilmişdir.
188
Rəvayətə görə 570-ci ildə xristian həbəşlər məşhur fil yolu ilə
Kəbəni dağıtmağa gedirdilər. Onların qoşununda çoxlu fil var idi.
Allahın əmri ilə əfsanəvi əbabil quşları cənnətdə olan xırda daşları
dimdiklərinə alıb həbəş qoşununun üstünə uçur və daşları fillərin
başına salırlar. Beləliklə, həbəşlər öz fikirlərindən dönməli olurlar
189
Bu-Əli Simcur - Samani əmirlərindən olmuş, bir müddət
Xorasanda hakimlik etmiş, 997-ci ildə öldürülmüşdür.
190
Əmiri-Xorasan - Samani şahlarına verilmiş ləqəblərdən biri.
191
Rəbi ibn Mütəhhər əl-Qəsri - Sahibin məharətli katibi.
192
Sahib ibn Əbbad Taləqani - Albuyelərin məşhur vəziri.
193
Müzəvvəri - İkimənalı sözdür, həm xəstələrə verilən çolpa
suyuna, həm də özgənin xəttini yamsılamaqla saxta düzəlmiş kağıza
(
saxtakarlığa) deyilir.