239
Qırx dördüncü fəsil
210
Xüsusi ünsür - Qədimdə əsas dörd ünsür olan su, od, torpaq və
havadan əlavə bir də “xüsusi” və ya bəzi hallarda deyildiyi kimi,
beşinci ünsürün” olduğunu da qəbul edir və Günəşin məhz bu
xüsusi” ünsürdən əmələ gəldiyi ehtimalını irəli sürürdülər.
211
Hicab, hecab - Örtük, pərdə, diafraqma, həya, utanmaq.
212
Əbülqasım Əbulkərim Qüşeyri - Öz əsrinin görkəmli sufi
şeyxlərindən olub, təriqəti şəriətlə yaxınlaşdırmağa səy göstərmiş və
çoxlu miqdarda yazdığı risalələri ilə şöhrət tapmışdır (986-1074).
213
Əbülhəsən əl-Müqəddəsi - sufi alim.
214
Əbu-Mənsur-əd-Dəməşqi - sufi alim.
215
Əbülhəsən Əli ibn Əhməd Vahid Nişapuri - Dövrünün görkəmli
şəriətşünası olmuş, Quranı təfsir etməkdə şöhrət tapmışdır.
216
Əxi Fərrux Zəngani - Beşinci əsr hicri ürəfasının ən məhşurlarından
biridir. 450/1058-59-cu illərdə vəfat etmişdir.
217
Xanqah (Xanəqah) - Dərvişlərin, rindlərin səma (musiqi məclisləri)
üçün toplandıqları yer. Sufiyanə yazılmış Şeirlərdə xanegah həmişə
məscidə qarşı qoyulur.
218
Came - Sufilərin təşkilati, sufi cəmiyyəti nəzərdə tutulur.
219
Kəffarə - Günahı yumaq üçün edilən yaxşılıq, verilən pul, çəkilən
əzab-əziyyət və s.
220
Şibli - Əbubəkr Cəfər ibn Yusif Şibli Xorasani - üçüncü əsr hicri
sufi şeyxlərindən biri (247/861-2-334/945-6). Bağdaddakı məqbərəsi
indi də ziyarətgah sayılır.
221
Mürid - Şeyxlərin, ruhani başçılarının, mürşidlərin ardınca
gedənlər. Mürşidlərin təriqətini davam etdirən şagird.
222
Ərəstu - Aristotel. Məşhur yunan ensiklopedist alim və filosofu
(
e. ə. 384-322).