Qabusnamə”.
Bakı, Azərbaycan, 2014-cü il, 240 səh.
Redaktor:
Ruslan Sadıxov
Rəssam:
ElçinCabbarov
Dizayner:
ElşənHacıməmmədov
Kompüter qrafikası:
Əbdüləli Səmədov
Korrektor:
Elnarə Babayeva
KitabınbunəşriHeydərƏliyevFondununonuncu ildönümünəhəsr olunur.
Qabusnamə” tərbiyəyə və etikaya aid mühüm məsələləri özündə
ehtiva edən etik-didaktik əsərdir. Nəsihət janrında yazılmış əsər üslubu
sadə olmaqla yanaşı, canlı və əyləncəli ifadə edilmiş hekayələr, müdrik
müəllif kəlamlarından ibarətdir. Bu əsər, 1082-1083-cü illərdə Azərbaycanın
cənubunda, indiki İranın şimalında yerləşən Gilan dövlətinin padşahı
Ünsürülməali Keykavus tərəfindən, oğluGilanşahamüraciətlə yazılmışdır.
Qabusnamə” nəinki Azərbaycanda, həm də bir çox Şərq ölkələrində
ən məşhur əsərlərdən biridir. Orta əsrlərdə bu kitab hər savadlı və mədəni
insanın evində saxlanılırdı. Azərbaycanhökmdarları, ağaları, dinxadimləri,
alim və müəllimləri bu əsəri öz masaüstü kitabı hesab edirdilər. Xüsusilə
gənc nəslin tərbiyəsində “Qabusnamə”nin böyük əhəmiyyəti vardır. Onun
müdrikməsləhətləri bir çox əsrlər boyu aktual olaraq qalmaqdadır.
Əsər fars dilindən Azərbaycanın alim-şərqşünası Rəhim Sultanov
tərəfindən tərcümə edilmişdir.
ISBN: 978-9952-483-68-0
©Heydər Əliyev Fondu