60
Bil ki, bazar adamlarının adəti gecə çox yeməkdir və onun böyük
ziyanı vardır, həmişə mədəni qıcqırdır. Hərbi adamların
peşəsi elədir
ki, onlar vaxta baxmazlar, harada və nə vaxt tapsalar, orada da yeyərlər,
bu isə heyvan adətidir, çünki harada ələf tapsalar, orada da yeyərlər.
Böyük və əsil-nəsəbli adamlar isə gecə-gündüzdə bir dəfə yeyərlər.
Bu, özünü saxlamaq (pəhriz) qaydasıdır, lakin bu, adamı zəiflədib
qüvvətdən salar. Deməli, böyük və hörmətli adam elə etməlidir ki,
səhər tezdən xəlvətdə bir şey yeyib sonra dışarı çıxsın və günorta
namazına qədər öz işləri ilə məşğul olsun.
Yemək vaxtı çatdıqda kim səninlə bir yerdə çörək yeyəcəksə, onları
çağırtdır. Yeyərkən tələsmə, təmkinlə ye və süfrə başında, şəriətdə
deyildiyi kimi, adamlara hədis danış, lakin başını aşağı sal, camaatın
tikəsinə baxma.
Hekayət. Eşitmişəm, deyirlər ki, bir dəfə Sahib Əbbad öz nədimləri və
yaxın adamları ilə birlikdə çörək yeyirmiş. Oradakılardan biri kasadan
bir tikə götürür. Onda tük var imiş. Sahib görüb deyir: “Tükü tikəndən
götür”. O adam tikəsini yerə qoyub, durub gedir. Sahib əmr edir, onu
geri qaytarırlar. Sahib soruşur: “Filankəs, nə üçün çörəyi yeməmiş
süfrədən qalxdın?” O adam deyir: “Tükü tikəmdə seçən bir adamın
çörəyini yeməyi özümə layiq bilmədim”. Sahib o sözdən bərk utanır.
Lakin həmişə özünə fikir ver, bir az gözlə, sonra əmr et xörək
gətirsinlər. Böyük adamlarda iki adət vardır: bəziləri əvvəlcə özünün,
sonra isə başqalarının kasalarının verilməsini əmr edər, bəziləri isə,
əksinə, əvvəlcə başqalarının, sonra isə öz kasalarının verilməsini
buyurar. Bu kəramət, o isə siyasət üsuludur.
Əmr et, müxtəlif xörəklər hazırlasınlar, həm turşu olsun, həm şirini.
Elə et ki, çox yeməyə adət etmişlər də, az yeyənlər də sənin süfrəndən
tox qalxsınlar. Əgər sənin qarşında yemək olsa, başqasının qabağında
olmasa, öz qarşında olan yeməyi ona göndər. Süfrə başında üzünü
turşutma, qaşqabaqlı oturma, xörək hazırlayıb mizi sahmana salanlarla
dalaşma, demə ki, “nə üçün filan xörək yaxşıdır, filan yemək isə pis”.
Belə sözləri başqa zaman, sonra da demək olar.
ÖZÜNÜ İDARƏ ETMƏK VƏ YEMƏK QAYDALARI HAQQINDA