79
Dediyim kimi, çox əlaqədə olmağın ziyanı var, ona görə hər nə etsən
iştaha ilə et, zorla etmə, ziyanı az olar. Lakin istər meylin olsun, istərsə
yox, yayın istisindən və qışın soyuğundan özünü qoru. Bu fəsillərdə
ziyanı daha çox olar, xüsusilə, qocalara. Bütün fəsillərdən ən yaxşısı
bahardır, ən münasibi də budur. Bahar fəslində hava mülayim olar,
sular çoxalar, dünya gözəlliyə və rahatlığa doğru üz qoyar. Böyük aləm
belə olduqda, kiçik aləm sayılan bizim bədənimiz də onun təsirindən
mülayimləşər. Bədəndə olan ünsürlər arasında müvazinət yaranar,
damarlardakı qan artar, beldəki kişilik maddəsi çoxalar və insanlar
təbii olaraq bir biri ilə əlaqədə olmağa meyl göstərərlər. Bu meyl təbii
ehtiyacdan doğduğundan ziyanı az olar.
Bir də bacardıqca yayın istisində və qışın soyuğunda qan aldırma.
Bədənində qanın artdığını hiss etsən, yemək-içməklə qaydaya sal. Fəslə
zidd heç nə yemə. Yayda və qışda qadınlara çox meyl etmə. Bu barədə
qısa danışdım, bundan artıq danışmağada ehtiyac yoxdur.
KEF ÇƏKMƏK QAYDALARI HAQQINDA